Rejissor Aqil M.Quliyev azadlığa buraxılıb. Lent.az-ın day.az-a istinadən verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsi rejissorun azadlığa çıxarılması barədə qərar qəbul edilib. Aqil M.Quliyev məhkəmə zalında azad olunaraq, barəsindəki həbs qəti-imkan tədbiri isə cərimə ilə əvəzlənib.
Onu da xatırladaq ki, rejissor Aqilin qeyri-rəsmi nikahda olduğu arvadının anası Marianna Turabovanın iddiası əsasında Xətai Rayon Məhkəməsində keçirilmiş iclas zamanı elə zaldaca həbs edilmişdi. Məhkəmə onu 150 min manat məbləğində borca aldığı pulu qaytarmadığı üçün cəzalandırmışdı.
Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə Aqil M.Quliyev dələ duzluqda suçlanaraq, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Aqil M.Quliyev azadlıqda
2396