Xəyalənin budəfəki hədəfi hansı məşhurlardır?
11 mart 2015 10:37 (UTC +04:00)

Xəyalənin budəfəki hədəfi hansı məşhurlardır?

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar veriləcək. Bu dəfə tanınmışlardan Mənzurə Musayeva, Yusif Mustafayev, aşıq Əli hədəfdədir. Onlar proqram zamanı müxtəlif yanıltmaclar söyləcəklər.

 

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və rəhbəri Xəyalə Quliyeva,  rejissoru Ramiz Alışovdur. Proqramın təkrarı həftənin 1-ci günü saat 18:30-da yayımlanır. 

 

Verilişin informasiya tərəfdaşı Lent.azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar