Aclıq aksiyası keçirmiş əməkdar artist depressiyadadır
25 noyabr 2015 14:29 (UTC +04:00)

Aclıq aksiyası keçirmiş əməkdar artist depressiyadadır

Əməkdar artist Firuzə İbadova depressiyaya düşüb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə o, "Ondan sonra" verilişində deyib: “Sənət adam kövrək olur, onları tez sındırmaq olur. Həyatım boyu iki dəfə depressiya yaşamışam. İlk dəfə 1987-ci ildə depressiya keçirdim. Bu, 1993-cü ilə kimi davam etdi. İndi depressiyadayam. Qardaş kanallar efirlərə çağıranda, hamısına birmənalı şəkildə bəhanə edərək burda olmadığımı, xaricdə olduğumu bəhanə edirəm. Bayağı və çirkli musiqilər qəlbimi çox ağrıdır. Məni efirlərə çağıranda, eyni zamanda elə bir müğənniləri dəvət edirdilər ki, onlar kiminsə kölgəsi altında mahnıları xalqa "sataraq" zövqləri korlayır. Biz böyük sənətkarların əlində püxtələşib sənətə gəlmişik. Amma bəzi cavan müğənnilər musiqi mədəniyyətimizi korlayırlar. 2010-cu ildə sinirlərimlə bağlı problemim olmuşdu, hələ indi də müalicə olunuram. Özümə söz vermişdim ki, heç bir kanala getməyəcəm. Amma arada sözümdən dönürəm".

 

Qeyd edək ki, F.İbadova bir neçə il öncə də depressiyaya düşərək, aclıq aksiyası keçirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar