Müğənni Xatun maraqlı açıqlama ilə diqqət çəkib. Lent.az-a açıqlamasında müğənni şou-biznesin hazırkı durumunu dəyərləndirib. O, şou-biznesdə olan rəqabətdən söz açıb: “Hesab edirəm ki, şou-biznesdə rəqabət iki müğənni, Röya və Aygün Kazımova arasında gedir. Bu yaxınlarda Aygün Snup Doqla (Snoop Dogg) duet oxudu. Maraqlıdır, buna cavab olaraq Röya hansı layihə ilə cavab verəcək. Hər iki ifaçı uzun zamandır bir-birləri ilə rəqabət aparırlar. Rəqabətdə olduqlarına görə də bir-birləri ilə xoş münasibətdə deyillər. Nə vaxta qədər Aygünlə Röya gündəmdə olacaq bilmirəm. Hələ Röya ilə Aygünə çatan ifaçı yoxdur. Hətta məşhur olmaq üçün çox pul xərcləyənlər də onların ardınca gedə bilmir. Məsələn, Sevda Yəhyayeva bir az Röya ilə göründü. Amma o da sonra nədənsə dayandı, - deyə müğənni əlavə edib.