“Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva sosial şəbəkədə həyat yoldaşı və qayınanasıyla çəkdirdiyi şəkli paylaşıb. Lent.az-ın məlumatına görə, aktrisa fotoya “Bizi bəyənən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Cavab verməsəm də, şərhlərinizi oxuyuram” sözlərini qeyd edib. Foto maraqla qarşılanıb.
Qeyd edək ki, aktrisa 2013-cü ildə Röyal adlı şəxslə ailə həyatı qurub.