Roza Zərgərli:<b> “...min hoqqadan çıxırlar”</b>
11 oktyabr 2014 17:39 (UTC +04:00)

Roza Zərgərli: “...min hoqqadan çıxırlar”

“Çox vaxt məşhurların övladlarını qınayırlar ki, ən açıq-saçıq, pis geyinən onlardır. Şəxsən, mənim qızım kənardakılardan da qapalı geyinir. Hər səhər o universitetə gedəndə mənim yanımda paltarını seçir. Hətta onun oturub-durduğu dostları da qapalı geyinirlər”. Lent.az-ın axsam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “İncə maraqlar” verilişində qonaq olan müğənni Roza Zərgərli deyib.

 

R.Zərgərli övladlarının tərbiyəsinə ciddi yaşadığını qeyd edib: “Eləcə də oğlum. Onun yaşda oğlanlar siqaret çəkir, min hoqqadan çıxırlar. Amma mənim övladım ağılla dərsinə gedir, oxuyur, çalışır. Hər iki övladım layiqli vətəndaş olacaq. Onları necə tərbiyə etdiyimi məni tanıyan bilir. Məni geyimimə görə qınayanlar daxili dünyamın necə olduğunu övladlarıma baxaraq bilsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2341
avatar

Oxşar yazılar