Almaniyada yaşayan müğənni Cansevər, türkiyəli Özgür Alter, rəqqasə Samara Azərbaycana səfər edəcəklər. Lent.az-ın məlumatına görə, tanınmış sənətçilərin Bakıya səfərlərinin səbəbi, 14 fevral tarixində özəl məkanların birində gerçəkləşəcək “Sıla gecəsi” adlı konsertdir.
Onu da əlavə edək ki, türkiyəli sənətçilərlə birgə eyni səhnəni azərbaycanlı müğənni Niyam Səlami də paylaşacaq.
Qeyd edək ki, həmin gün bir çox ifaçının çıxışı da gözlənilir.