Nadir Qafarzadə: “Mənə qarşı çaşanların qapazını...”
18 fevral 2015 13:14 (UTC +04:00)

Nadir Qafarzadə: “Mənə qarşı çaşanların qapazını...”

Müğənni Nadir Qafarzadə Türkiyədə yeni layihə həyata keçirəcək. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, o, artıq bununla bağlı İstanbula yola düşüb:

 

 “Artıq Türkiyədəyəm. Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bir çox mahnılarımı Türkiyədə lentə aldırıram. Bu proyektin nədən ibarət olduğunu demək istəmirəm. Çünki ideyamı mənimsəyənlər ola bilər. Şou aləminin lazımsız söhbətlərini, qalmaqallarından kənar gəzməyi daha üstün tuturam. Amma buna baxmayaraq adımı “qalmaqallı müğənni” qoyublar. Mən qalmaqallı müğənni yox, düz sözü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var: “Bıçaq yarası keçər, amma söz yarası əsla”. Mən bu fikirlə razıyam”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar