Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqramın “Ulduz rubrikası”nda qonaq müğənni Mənzurə Musayevadır. Veriliş zamanı hədəf olan qonağa məzəli suallar veriləcək.
Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır.
Xatırladaq ki, verilişin ideya müəllifi Xəyalə Quliyeva, layihə rəhbəri və rejissoru Ramiz Alışovdur. Proqramın təkrarı həftənin 1-ci günü saat 18:30-da yayımlanır.
Verilişin informasiya tərəfdaşı Lent.az-dır.