İzzət: “Mənə dəstək olacağını deyən dostlarım meydandan qaçdı”
11 sentyabr 2015 16:41 (UTC +04:00)

İzzət: “Mənə dəstək olacağını deyən dostlarım meydandan qaçdı”

Tanınmış müğənni İzzət Bağırov bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

Lent.az-ın məlumatına görə, ifaçı sentyabrın 18-də Yaşıl teatrda verəcəyi konsert haqda danışıb. Müğənni konsertdə 25 mahnı ifa edəcəyini açıqlayıb. İzzət baş tutacaq konsertinin dekorasiyası üçün 20 min manat xərcləyib.

İ. Bağırzadə konsertinə gəlməsi üçün heç bir məşhura dəvətnamə verməyəcəyini söyləyib: “Uzun müddət sonra konsert verməyi düşündüm. Ancaq görürəm ki, bu, böyük məsuliyyət altına girməkdir. İnşallah hər şey tam fərqli olacaq. Konsertin musiqi rəhbəri Hüseyn Məhəmmdoğludur. İki yeni mahnımın klip təqdimatı keçiriləcək. Mahnılardan birinin sözləri anama məxsusdur. Mənim anam bir neçə şeir və romanlardan ibarət kitabların müəllifidir. Bu dəfə qərara gəldim ki, məhz anamın sözlərinə mahnı ifa edim. Təşkilatçılar mənə 80-100 manat arası qiymət məsləhət gördülər. Mən öz tamaşaçımı tanıyıram. Elə olub ki, bir ailədən 11 nəfər konsertlərimdə iştirak edib. Bütün ailə üzvləri ilə konsertimə gələn tamaşaçılarımı nəzərə alaraq biletlərin qiymətini özüm müəyyənləşdirdim. Biletlərin qiyməti 10-50 manat arası dəyişir. Heç bir məşhur dostuma bilet verməyəcəm. Kim zəng edib, şəxsən konsertimə bilet istəsə, ona dəvətnamə yollayacağam. Məsələn, Niyam Salami zəng edib dəvətnamə istəyib, yollamışam. Ancaq müğənni Nazənin gedib 4 ədəd alıb, şəklini də mənə yolladı. Bax, belə dəstək olarlar. Bu konsertdə heç bir sponsorum yoxdur. Hər şeyi özüm təşkil edirəm. Hətta mənə bəzi bankda, şirkətdə çalışan insanlar demişdi ki, konsert versəm mənə dəstək olacaqlar. Ancaq hamısı ortalıqdan itdi.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07