Gözündən əməliyyat olunan aktrisa danışdı
25 mart 2013 11:22 (UTC +04:00)

Gözündən əməliyyat olunan aktrisa danışdı

Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarova Türkiyədə göz əməliyyatı keçirdikdən sonra vətənə dönüb. Bu barədə Lent.az-a aktrisanın özü məlumat verib: “Şükürlər olsun ki,  göz əməliyyatım uğurla keçdi. Paytaxta dönər-dönməz sənətçi dostlarım mənə telefon açıb, səhhətimin nə yerdə olduğunu soruşdular. Bir neçə saat davam edən  əməliyyatdan sonra, gözlərimdə olan problem aradan götürüldü. Hazırda müalicədəyəm. Amma hələ ki, gözlərim tam  qaydasında olmasa  da müəyyən vaxtdan sonra zələcək.” - deyə əməkdar artist bildirib.

 

 

Qeyd edək ki, aktrisa bu ayın ortalarında İstanbuldakı “Birincigöz” xəstəxanasında sol gözündən katarakta əməliyyatı keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Yalçın UĞUR

Oxşar yazılar