<span style="color:red;">Zarafat, yoxsa... : Obamanın Beyonsla əlaqəsi var
10 fevral 2014 23:09 (UTC +04:00)

Zarafat, yoxsa...: Obamanın Beyonsla əlaqəsi var

Fransız jurnalist və fotoqraf Paskal Rosten maraqlı bəyanatla çıxış edib.

 

Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, o, deyib ki, fevralın 11-də ABŞ prezidenti Barak Obamanın 33 yaşlı müğənni Beyonsla intim əlaqəsi haqda «Washington Post»-da material çıxacaq.

 

Paskal Rosten materialın hazırlanması haqda «Europe-1» radiosuna müsahibəsindən bildirib.

 

Fransada çıxan «Elle» jurnalı xatırladıb ki, Paskal Rosten «başqaların ürək» məsələləri üzrə böyük «mütəxəssisdir». 2007-ci ildə məhz o, Fransanın keçmiş lideri Nikolya Sarkozi ilə model Karla Bruni, eləcə də «Paris-Match»dakı keçmiş həmkarı Valeri Trierveylerlə Fransanın indiki prezidenti Fransua Olland  arasında intim münasibət haqda ilk dəfə məlumat vermişdi.

 

Bununla belə jurnalist Reno Revel bildirib ki, həmkarı uğursuz zarafat edib, eyni halda jurnalistlərin sayıqlığını yoxlayıb.

 

«Washington Post» fevralın 11-də prezidentin nikahdankənar əlaqəsi barədə məqalənin çıxacağı haqda yayılan bu xəbəri təkzib edib.

 

Qəzetin mətbuat katibi Kriss Koratti  Paskalın dediklərinin gerçəkliyi əks etdirmədiyini söyləyib.

 

 

Xatırladaq ki, Barak Obamanın prezident kimi andiçmə mərasimində tanınmış müğənni Beyons ABŞ-ın himnini ifa edib.

# 2216
avatar

Oxşar yazılar