"Brilliantın saç stilini, geyimini bəyənmirəm"
10 mart 2015 12:37 (UTC +04:00)

"Brilliantın saç stilini, geyimini bəyənmirəm"

“Brilliant Dadaşovanın geyim və saç stilini bəyənmirəm, geyimləri uyğunlaşdıra bilmir”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri stilist Pərviz Mirzəyev “Gündəlik” verilişində deyib. O, şou-biznesin dəbli və dəbsiz müğənnilərindən danışıb: “Xanım sənətçilərdən Zülfiyyə Xanbabayeva zövqlüdür. Lakin Nüşabə Ələsgərli, Ruhəngiz Musəvi zövqsüzdür. Brilliant Dadaşova da geyimlərini uyğunlaşdıra bilmir. Saçlarını dəyişməlidir. Almaz Ələsgərli də arıqlayaraq saç düzümünü də dəyişməlidir. Bəylərdən Rəhim Rəhimli fərqli geyinir.  Zamiq Hüseynov öz imicini formalaşdırıb. Yaxşı geyinməyinə baxmayaraq, daim efirə eyni görünüşdə çıxır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar