[b]46 yaşlı Aygün Kazımovaya ad günü SÜRPRİZİ - VİDEO - FOTO[/b]
26 yanvar 2017 09:37 (UTC +04:00)

[b]46 yaşlı Aygün Kazımovaya ad günü SÜRPRİZİ - VİDEO - FOTO[/b]

Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür. Lent.az-ın məlumatına görə, özəl günündə hədiyyə yağışına tutulan müğənni sevənlərinə hədiyyə etmək qərarına gəlib. Özü də bir yox, düz iki hədiyyə…

Şou biznesin kraliçası tam fərqli obrazda Kamran Aydınovun fotokamerası qarşısına keçərək kreativ fotosessiya etdirib. A.Kazımovanın ikinci sürprizi isə yeni mahnısı olub. O, 30 illik yaradıcılığında hər zaman yanında olan, hər zaman ona dəstək olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. Mahnı “Şairim” adlanır. Bəstənin sözləri Miryusif Mirnəsiroğluna məxsusdur.

 

Onu da əalvə edək ki, xalq artisti bu gün paytaxt məkanlarının birində özünə ad günü partisi keçirəcək.

 

Kazımova Aygün Ələsgər qızı 1971- il yanvarın 26-da Bakıda anadan olub. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Yalçın UĞUR

Oxşar yazılar