«Gangnam Style» mahnısı ilə internetdə bütün rekordları qıran, tanınmış pop - müğənni Park Ce-Sang (PSY) fevralın 20-də gecə Türkiyəyə səfər edib.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, Cənubi Korea Hava Yollarına məxsus təyyarə ilə Seuldan birbaşa İstanbula uçub.
Fevralın 22-də o, İstanbulda keçiriləcək «Blue Night» («Mavi gecə») Festivalında səhnəyə çıxacaq.
Konsertdən öncə PSY Acun Llıcalının proqramında jüri olacaq.