İsveçin əfsanəvi pop-qrupu «ABBA»-nın fanatı Tomas Nordin öz kolleksiyasındakı 25 min musiqi albomu, afişa və yadigar hədiyyələri 86 min dollara satıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Stokhomlda keçirilən hərraca gələnlər qrupun plastinkaları, kuklaları, çantaları, saboları uğrunda mübarizə aparıb. Məsələn, bənövşəyi beysbol gödəkcəni təxminən 6 min dollara alıblar.
Tomas Nordin öz kolleksiyasının 1974 –cü ildən, 9 yaşından toplayır. Onda «ABBA» «Waterloo» mahnısı ilə «Avroviziya» musiqi yarışmasının qalibi olmuşdu.
Bu il Stokholmda əfsanəvi qrupun muzeyi yaradılıb.