“Şou-biznesin ən gənc anasıyam” - REPORTAJ
16 noyabr 2013 14:00 (UTC +04:00)

“Şou-biznesin ən gənc anasıyam” - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

 

Lent.az-ın “Bazarlıq”ında müğənni Elnarə Xəlilovadır.


 

- Bağışlayın ki, vəd etdiyimdən 20 dəqiqə gec gəldim. Baxmayaraq ki, işlərim çox olur, amma bu gün sizə söz verdimsə, gəlməli idim. Elə indi övladlarımı uşaq bağçasına qoydum. Hər səhər ilk işim onları bağçaya qoymaq, daha sonra işlərimin dalınca getməkdi.

 

-  Üç uşaq anasısınız. Onlara nəzarət etmək çətin deyil ki?

 

- Yox, artıq öyrənmişəm. Böyük övladım Burlaxatun artıq birinci sinfə gedir, ortancıl Öndərdir, balacam, Harun Fateh Cahangir də iki yaş yarımdır.

 

 

- İfaçı kimi fəaliyyətə Vaqif Gərayzadənin yaratdığı  “W-trio” ilə başladınız, daha sonra solo ifaya keçdiz. Bildiyim qədəri ilə həmin heyət arasında ilk ailə quran siz oldunuz. Daha sonra həmkarınız Röya Ayxan. Amma Röya müsahibələrində vurğulayır ki, “Mən ailə qurandan sonra, şou-biznesdə dəb yarandı və bütün subay qızlar ərə getdilər”.

 

- (Bir az düşünür) Yox,  mən Röyadan əvvəl ailə qurmuşam. Statistika və tarix var. Baxa bilərlər. Mən şou-biznesin ən gənc və çox uşaqlı anasıyam. Bu sırada Fidan Hacıyeva və Gülyanaq Məmmədova da var. Amma onlardan yaşca kiçik olduğuma görə, ən gənc ana adı məndədir.

 

- Elnarə nə yeyir, nə içir?

 

- (Gülür) Sizə deyim ki, evə dünən alış-veriş etmişəm. Bu gün o qədər də məhsul almayacam. Sadəcə bir neçəsini...

 

- Evdə daha çox bazarlığı kim edir?

 

- Mən də, yoldaşım Rövşən də bu işi bacarır. Evə alış-veriş etməyi çox sevirəm. Ümumiyyətlə mən ailəcanlı qadınam. Bir azda özümü tərifləməyim də. (gülür)

 

- Hardan başlayaq?

 

 - Elə meyvə-tərəvəzdən başlayaq. Pomidor, xiyar və meyvə alım.

 

 

Satıcıdan yerli pomidor istəyir, lakin sonra fikrini dəyişir.

 

- Salam, mənə yaxşı Zirə pomidoru lazımdı. Var sizdə?

 

- Bəli var. Həm yerli, həmdə digər sort pomidorlar var.

 

Satıcı müxtəlif sortlarda olan pomidoru nümunə üçün göstərir, lakin müğənni fikrindən daşınmalı olur.

 

- Daha çox balaca pomidorlar xoşuma gəldi. Zirə pomidorunu sonra alaram.

 

İki kiloqram çəkdirir.

 

-  Məhsulun yerli və xarici olması və ya üstündə keyfiyyət nişanın olması sizin üçün nə qədər vacibdir?

 

- Əlbəttə ki, əsasdır. Mən xüsusi ilə diqqət eləyirəm. Daima yerli məhsullara üstünlük verirəm. Hamı yerli mal alsın, xeyir vətənə qalsın.

 

- Səhər yeməyini saat neçədə yeyirsiniz? Ümumiyyətlə, günə necə başlayırsınız?

 

- Hər səhər səkkizdə oyanıram, daha sonra uşaqlar üçün stol açıram. Özüm də onlarla yeyirəm. Soruşa bilərsiniz ki, səhər nə yeyirəm? Müxtəlif cür pendir, xama, bir də yumurta. Uşaqlarda həmçinin.

 

- Yemək bişirməklə aranız varmı?

- Əlbəttə. İstənilən yeməyi hazırlaya bilirəm.

 

- Sevdiyiniz yemək?

 

- Dolma, dovğa, qarabaşaq yarması.

 

- Bəs heç xoşlamadığınız?

 

- Yox. elə bir yemək yoxdur. Bütün yeməkləri yeyirəm.

 

- Elə olubmu ki, yemək bişirmisiz,  Rövşən bəyənməyib, mübahisəniz olub?

 

- Yox. Bizdə belə şeylərə görə mübahisə ola bilməz. Nə bişirsəm, sevə-sevə yeyir. Allah nə nəsib edirsə, onunla da kifayətlənirik.

 

- Formada qalmaq üçün pəhriz saxlayırsınızmı? Özünüzə qadağa etdiyiniz yeməklər var?

 

- Yox. Hansısa yeməyi yeməməyi özümə qadağa etməmişəm. Nəyisə qadağa etsəm, gərək onda öləm. Həyata gəlmişik yeyək, həyatımızı yaşayaq. Pəhriz saxlamıram. Amma hər bir məhsulu qədərində yeyirəm.

 

Parfümeriya məhsulları satılan şöbədəyik.

 

- Hə. Bu bölmədən çox şey alacam. Elə indi uşaq üçün saç şampunu, sabun və birdə paltarlarını yumaq üçün yuyucu toz.

 

 

Saç şampunu, sabun, yuyucu toz götürdükdən sonra, un məhsulları satılan şöbədən də 2 kiloqram qarabaşaq yarması, makaron alıb, ət satılan şöbəyə keçirik.

 

İlk olaraq balıq məhsullarına baxır, Elnarə xanımın satıcı ilə söhbətindən məlum olur ki, müğənnimizin balıqdan o qədər də anlayışlı yoxdur. Bu işdə ona mən kömək oluram. Amma nədənsə balıq almaqdan imtina edir.

 

- Balığı almayım, indi çəkilişə gedəcəm, həm də maşından iyi gələcək.

 

- Daha çox hansı ət məhsullarından hazırlanan yeməklərə üstünlük verirsiniz? Mal, qoyun, toyuq, yoxsa balıq?

 

- Ən çox quş, daha sonra mal ətinə.  

 

2 kilo toyuq əti alır

 

Şirniyyat şöbəsindəyik.

 

- Siz də bir çox qadınlar kimi şirniyyat sevənsiniz? Yoxsa...

 

- Xoşlayıram. Amma elə də çox yox. Elə indi sevdiyim konfetin birini yeyəcəm.

 

 

Birinin dadına baxdıqdan sonra, satıcıdan 2 kilo konfet istəyir. Daha sonra 1 ədəd yuxa, 1 ədəd qara çörək də götürür.

 

- Pəhriz çörəyi götürdünüz, daim qara çörək istifadə edirsiniz, yoxsa?

 

- Qara çörəyi sırf pəhriz almıram. Mən də uşaqlarım da xoşlayır.

 


Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır, ödənişi də nağd pulla edir.

 

 

 


***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 64 manat 97 qəpik...

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4491
avatar

Yalçın UĞUR

Oxşar yazılar