“Səhnədən gedən” müğənni: “Heç birini itirmək istəmirəm”
12 sentyabr 2014 13:10 (UTC +04:00)

“Səhnədən gedən” müğənni: “Heç birini itirmək istəmirəm”

Dünən yerli mətbuatda müğənni Zarina Məmmədovanın səhnə ilə vidalaşması xəbəri yayılıb. Lent.az-ın məlumatına görə, tədbirlərdən imtina etdiyi iddia olunan ifaçının şou-biznesdən uzaqlaşdığı iddia edilir.

 

Müğənni məsələ ilə bağlı bildirib ki, tədbirlərdən imtina etməsinə səbəb səhhətində yaranan problemlərdir: “Narahat olmalı bir səbəb yoxdur. Sadəcə səhhətim əziyyət verir. Buna görə bütün tədbirlərdə, mərasimlərdə iştirak etmək olmur. Səhhətim tam düzələnə qədər az görünəcəyəm. Bunun üçün tez-tez İstanbula gedirəm. Üstəlik bir az da yorulmuşam. Sadəcə, zamana və dincəlməyə ehtiyacım var. Düşünürəm ki, bu hər kəsin həyatında baş verə bilər. Amma bu günə qədər də kifayət qədər əziyyət çəkmişəm. Yanımda olan adamlarında əməyi danılmazdır. Bunların heç birini itirmək istəmirəm. Sadəcə bir müddət dincəlim, əminəm ki, qarşıda hələ çox gözəl layihələr həyata keçirəcəyəm. Məni az-çox sevən heç kəs üzülməsin. Yaradıcılığımın uğurlu çevrilişləri hələ qarşıdadır”.

 

Zarina yaxın günlərdə artıq anonsu təqdim olunmuş Sərdar Ortacla birgə konsertindən də söz açıb: “Nahid Emiloğlu məni buna layiq görüb. Onu yarı yolda qoymaq istəmirəm. Təbii ki, konsertə çıxacağam və əminəm ki, həmin konsertə məni sevənləri görüb bir az da həvəslənəcəyəm. Yeni mahnım da var ki, tamaşaçılarıma təqdim etmək arzusundayam”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2351

Oxşar yazılar