“O səs Türkiyə”dən qayıdan əkiz bacılar nələrdən danışdılar?
25 sentyabr 2013 15:44 (UTC +04:00)

“O səs Türkiyə”dən qayıdan əkiz bacılar nələrdən danışdılar?

“Bizə Türkiyədə müsabiqəyə qatılmadan öncə deyirdilər ki, siz seçilməyəcəksiz”. Bu sözləri Lent.az-ın qonaqları, "O səs Türkiyə" yarışmasının iştirakçıları,  əkiz bacılar Sevinc və Sevil (S-Twins qrupu) deyiblər.

İlk olaraq Sevinc öz təəssüratını bölüşür: “Düzü, bu yarışmada iştirakımıza  inanmırdıq. Gəldim gördüm ki, prodüserimiz Nigarla bacım Sevil yarışmada iştirakımız üçün qeydiyyat ərizəsi yazırlar. Dedim ki, yazın-yazın, onsuz da baxan olmayacaq. Onlar da mərcə girdilər ki, müsabiqəyə bizi dəvət etsələr, qonaqlıq verəcəksən. Nəsə, bizi müsabiqəyə çağırdılar, getdik. Əvvəl bizdə bir ruh düşkünlüyü vardı. Çünki bizə deyirdilər ki, seçilməyəcəksiz. Amma buna baxmayaraq, biz iştirak etdik. Səhnədə heç həyəcanlı da deyildik. Yeganə problemimiz türk dilini o qədər də yaxşı danışa bilməməyimiz idi. Sevinirəm ki, növbəti mərhələyə adlaya bildik”.

Sevil də söhbətə qoşulur: “Bacımın fikirləri ilə razıyam. Amma müsabiqədə iştirakımız bir yana, amma sonrakı anlar çox qürurverici idi. Çünki, iştirakımızı başa vurduqdan  iki saat sonra, anam zəng eləyib dedi ki, çox sağ olun nə yaxşı ki, varsınız, sizinlə fəxr edirik. Bax, bu sözlər həqiqətən də təsirli idi. O duyğuları sözlə anlada bilmərik. Hətta prodüserimiz Nigar da uğurumuza sevindi, göz yaşlarını saxlaya bilmədi. Bu işdə onun çox əməyi var. Ona da öz dərin minnətdarlığımızı bildiririk”.

 

Sonda prodüser Nigar Murad da müsabiqə ilə bağlı öz düşüncələrini bölüşür: “Ümumilikdə, qızların çıxışından razı qaldım. Mənə bir çox insanlar zəng vurub təbrik etdilər, telekanallar verilişlərə  çağırdılar. Sevil və Sevincin münsiflərdən Murat Boza simpatiyaları olsa da, Ebru Gündeşi seçdilər. Səbəbsə, ondan yaxşı musiqi dərsləri ala bilərlər. Müsabiqənin növbəti turu bir neçə ay sonra olacaq”.

 

Xatırladaq ki,  Acun İlıcalının apardığı "O səs Türkiyə" yarışmasında iştirak edən bacıları   növbəti mərhələyə münsiflər heyəti  Ebru Gündeş, Murat Boz və Hadisə seçiblər.

 

Qeyd edək ki, bacılar sonra Lent.az-ın foto-kameraları önünə keçərək Fotosessiya etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4967
avatar

Yalçın UĞUR

Oxşar yazılar