“Kanal D” iki serialla vidalaşdı
17 mart 2015 07:05 (UTC +04:00)

“Kanal D” iki serialla vidalaşdı

Türkiyənin ən nüfuzlu özəl tele kanallarından biri olan “Kanal D”də yayımlanan iki serialın nümayişi dayandırılıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu barədə eyni media qrupuna mənsub “Milliyet” qəzetində xəbər yayılıb.

 

Bu ilin fevral ayında başlayan “5 kardeş” serialının ötən axşam nümayiş olunan 5-ci seriyası “İyunda görüşmək üzrə” qeydi ilə başa çatıb.

 

Gözlənən reytinqi əldə edə bilməyən serialın yayda davam edəcəyi güman olunur.

 

Bundan başqa baş rolları Şəbnəm Bozoklu və Uğur Poladın paylaşdığı “Ulan İstanbul” serialının yayımı da dayandırılıb.

 

Daha əvvəl “Kanal D”də başlayan serialın yayımı kanalın internet televiziyası ilə davam edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar