“Hollywood”un ən gəlirli aktyorları- SİYAHI
18 iyul 2013 15:56 (UTC +04:00)

“Hollywood”un ən gəlirli aktyorları- SİYAHI

 

 

“Forbes” jurnalı “Hollywood” aktyorlarının 2013-cü ilin geridə qalan müddəti üçün gəlirlərinin miqdarını açıqlayıb. Lent.az-ın məlumatına görə, siyahıda birinci yeri 75 milyon dollarla Robert Dauni tutur. Onu 60 milyon dollarla Çenninq Tatum izləyir. Ən çox gəlirlə üçüncü yerdə 55 milyon dollarla Huq Cekman durur.

 

Belə ki, Mark Uorberq Cekmandan 3 milyon az olmaqla  52 milyon dollar qazanc əldə edib. Beşinci yerdə 46 milyon dollarla Duen Cekson dayanır. Titanikin məşhur aktyoru Leonardo Di Kaprio siyahıda 39 milyon dollar gəlirlə altıncı yerdə durur.

 

Onları 37 milyon dollarla Adam Sendler izləyir. “Hollywood”un məşhur aktyoru Tom Kruz siyahıda geriliyərək 35 milyon dollarla səkkizinci yerdə durur.

 

Doqquzuncu yerin sahibi 33 milyon dollarla Denzel Vaşinqtondur. Siyahını 32 milyon dollarla Liam Nison tamamlayır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar