“Eurovision 2013” –ün milli seçim turunun ikinci yarımfinalçısı bəlli oldu-Rəvanə Əliyeva
29 dekabr 2012 00:01 (UTC +04:00)

“Eurovision 2013” –ün milli seçim turunun ikinci yarımfinalçısı bəlli oldu-Rəvanə Əliyeva

Bu  ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil edilən milli seçim turunun ikinci yarımfinalçısı məlum olub.

 

Lent.az-ın məlumatına görə, İctimai TV-nin canlı yayımında 8 nəfər öz gücünü sınayıb.

 

Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, milli seçim turunun ikinci həftəsinin qalibi Rəvanə Əliyeva olub. O, tamaşaçıların səsverməsinə görə, 1662 səs toplayaraq ikinci olsa da, münsiflərin 12 səsi ilə birinci yerə çıxaraq yarımfinala vəsiqə qazanıb.

 

Digər iştirakçıların səs sayı belə olub:

 

 

2. Enna Kamelya Moqeddem (tamaşaçı 18812),  (münsiflər 10)

3.Leyla İzzətova (1027), (8)

4. Rafael İsayev (1485) ,(7)

5. «Baku rok» qrupu 212 səslə (6)

6. Şahid Sadıqov 230 səslə (4)

7. Sebel  Cəfərova 105 səslə (5)

8. Anar Səfərov 29 səslə (3)

9. Xəyal Tağıyev 17 səslə (2)

 

 

Qeyd edək ki, birinci həftənin qalibi Vüqar Muradov olub.

 

Xatırladaq ki, ümumilikdə 80-ə yaxın namizəd “Eurovision 2013” –də Azərbaycanı təmsil etmək uğurunda mübarizə aparacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq.

 

 

 

 

 

# 1467

Oxşar yazılar