“Eurovision-2013”lə bağlı milli seçimlərin ilk həftəsinin qalibi müəyyənləşdi
22 dekabr 2012 11:23 (UTC +04:00)

“Eurovision-2013”lə bağlı milli seçimlərin ilk həftəsinin qalibi müəyyənləşdi

Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədi ilə milli seçim turunun ilk yarımfinalçısı məlumdur.

 

 APA-nın məlumatına görə, İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”də Azərbaycanı təmsil etmək arzusunda olan 9 namizəd ilk turda öz güclərini sınayıblar. Həftənin qalibi müğənni Vüqar Muradov olub. İlk həftənin ikincisi “New skin” qrupu, üçüncüsü isə Mədinə Muradxanova olub. Bu həftənin sonuncu gününün qonağı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova olub. Modelyer iştirakçılara öz hədiyyələrini təqdim edib.

 

Qeyd edək ki, iştirakçılar beş gün müddətində öz bacarıqlarını münsiflər heyəti və tamaşaçılar qarşısında nümayiş etdiriblər. Bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gün hesab olunur. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq. Daha sonra isə onlar birincilik uğrunda mübarizəyə qoşulacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. Ümumilikdə 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07