Bu il İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinin ən son biletlərinin satılacağı vaxt müəyyənləşib. Lent. az-ın "Eurovision.tv" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, biletlər aprelin 8-dən etibarən satışa çıxarılacaq.
Əvvəlki biletlər, o cümlədən mayın 18-də keçiriləcək final şousunun biletləri artıq alınıb. İndi isə müsabiqənin bütün konsertlərinin və məşqlərinin biletləri satılacaq.
Qeyd edək ki, satış aprelin 8-də Ticnet.se saytında Mərkəzi Avropa vaxtı ilə səhər saat 10:00 - dan başlanacaq.