İsveçrənin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fərid Məmmədovun səhnə rejissorunun adı açıqlanıb. Lent. az-ın məlumatına görə, bu, məşhur rejissor Fokas Evangelinos olacaq. Məşhur rejissor Fokas Evangelinos Fərid Məmmədovdan öncə, “Eurovision- 2005”-in Yunanıstan təmsilçisi Helena Paparizou, “Eurovision- 2008”-in Ukrayna təmsilçisi Ani Lorak,“Eurovision- 2008”-in Rusiya təmsilçisi Dima Bilan və başqaları ilə çalışıb.