“Space” televiziyasında həftə içi canlı yayımlanan "Bizim Mətbəx" proqramı hər gün bir-birindən maraqlı buraxılışlarla izləyicilərinin görüşünə gəlir. Bu gündən etibarən isə verilişin informasiya tərəfdaşı Lent.az saytıdır. Aparıcı Aytən Əliyevanın təqdimatında yayımlanan proqramda “Dünya mətbəxi günü”ndə müxtəlif xalqların mədəniyyətləri sərgilənir. Ölkəmizdəki səlahiyyətli səfirlər proqramın qonağı olurlar.
Respublikamızın tanınmış sənət adamları, xalq artistləri verilişə təşrif buyuraraq insanlara xoş ovqat bəxş edirlər.
“Bizim mətbəx”də qədim milli yeməklərimiz, adətlərimiz, dəyərlərimiz tamaşaçılara təqdim edilir.
”Pəhriz günü”ndə isə doğru qidalanma, sağlam yaşam devizi altında insanlara məsləhətlər verilir. Xanımlara evdarlıq sirləri, maraqlı əl işlərinin hazırlanma qaydaları öyrədilir.
Həftə içi hər gün saat 10:30-dan etibarən yayımlanan “Bizim mətbəx” verilişinin layihə rəhbəri Lalə Ədalətqızıdır.