“Azercell” teleaparıcını məhkəməyə verdi
06 noyabr 2014 12:43 (UTC +04:00)

“Azercell” teleaparıcını məhkəməyə verdi

“Azercell” şirkəti ATV-nin aparıcısı Tunay Əliyevanı məhkəməyə verib. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, aktrisa bu haqda facebook səhifəsində bildirib: “Azercell” məni məhkəməyə verib, xəbərim olmayıb. Məhkəmə iclası keçirilib, yenə xəbərim olmayıb. Məhkəmə qərarının üstündən 10 gün keçib, yenə də xəbərim olmayıb. Axırda mənə icra şöbəsindən məktub gəlib ki, 149 manat cərimənizi ödəyin. İki il əvvəl nömrəm yanıb, mən də onu çıxartdırmayıb başqa nömrə almışam. Guya nömrədə borc yığılıb. Bilsəydim, “Azercell”in  siması olmazdım”.

“Azercell” şirkətindən qafqazinfo-ya bildirilib ki, müştərilərlə bağlı məlumat gizli saxlanıldığı üçün bu barədə açıqlama verə bilməzlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3087
avatar

Oxşar yazılar