“Mənə verilən səslərlə bağlı araşdırma aparılması gərəksizdir”
23 may 2013 00:21 (UTC +04:00)

“Mənə verilən səslərlə bağlı araşdırma aparılması gərəksizdir”

 

Rusiyanın “Eurovision-2013” təmsilçisi Dina Qaripova Azərbaycanın onun ifasına “0” xal verməsi ilə bağlı yaranmış mübahisələrə son verilməsini istəyib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Eurovision-2013”də Rusiyanın Azərbaycana “12”, Azərbaycanın Rusiyaya “0” xal verməsi ilə bağlı mübahisələri şərh edən D. Qaripova özünün yarışmanın nəticəsindən razı qaldığını bildirib: “Səmimi olaraq demək istəyirəm ki, bununla bağlı araşdırma aparılmasının gərəksiz olduğunu düşünürəm. Yarışmanın nəticəsindən razıyam”.

 

Qeyd edək ki, dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Moskvada görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov yarışmanın nəticəsindən məmnun qalmadıqlarını, 10 xalın oğurlandığını və bunu necə etdiklərini anlamadığını söyləyib. Rusiya XİN başçısı azərbaycanlı həmkarı ilə birlikdə qıcıqlandırıcı aksiyanın cavabsız qalmaması üçün fəaliyyəti göstərəcəklərini bildirib.

 

Elmar Məmmədyarov isə Azərbaycanın üç mobil operatorundan gələn hesabatlarda Rusiyanın ikinci yerdə olmasının əks olunduğunu, Azərbaycan vətəndaşlarının Rusiya təmsilçisinə verdiyi səslərin hara yoxa çıxdığını araşdırmaq və bu məsələyə aydınlıq gətirmək vacib olduğunu söyləyib.

 

Onu da qeyd edək ki, İsveçin Malmo şəhərində keçirilən “Eurovision-2013” musiqi yarışmasında Diana Qaripova 174 xalla beşinci pillənin sahibi olub. Azərbaycan təmsilçisi Fərid Məmmədov isə yarışmanı ikinci pillədə tamamlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar