Məşhur türkiyəli müğənni Mustafa Ceceli yeni çıxardığı albomuna 2 Azərbaycan mahnısını da salıb. Lent.az-ın məlumatına görə, “Kalpden” adlı albom 14 mahnıdan ibarətdir.
Tanınmış müğənni-bəstəkar Sezen Aksunun bəstələrinin də yer aldığı albomda Anar Məmmədovun müəllifi olduğu “Aləm gözəl” mahnısı da var.
Qeyd edək ki, bu mahnını oxumaq üçün M. Ceceli müəlliflərin icazəsini alıb.
Onu da qeyd edək ki, "Aləm gözəl" mahnısı ətrafında uzun müddət qalmaqal yaranıb. Bəstəkar-müğənni Ramal İsrafilov mahnını özünün bəstələdiyini deyib. "Aləm gözəl"in ilk ifaçılarından olan əməkdar artist Abbas Bağırov isə mahnının müəllifinin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olduğunu bildirib.