“Eurovision-2013” Milli Seçim Turunun 5-ci həftəsi başladı
28 yanvar 2013 15:59 (UTC +04:00)

“Eurovision-2013” Milli Seçim Turunun 5-ci həftəsi başladı

İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək uğurunda növbəti qrup səs və səhnə imkanlarını sınayacaq. Lent.az-ın məlumatına görə, ictimai televiziyanın canlı efirində 5-ci həftənin iştirakçıları mübarizə aparacaq. Bu həftə ərzində  9 iştirakçı Mustafa Mustafayev, Akif Əliyev, Rəna Xəlilova, Vüsal Nəsibov, Leyla Qafari, Elvin Babazadə, Sevinc Thunold, Cəlal Abbasov, Aftandil Məmmədov həftənin qalibi olmaq uğurunda yarışacaqlar.

 

Ölkə təmsilçiliyi uğrunda mübarizə aparan  ifaçılar milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək. Həftənin birinci günü “Eurovision” mahnılarını, çərşənbə axşamı Azərbaycan estradasından nümunələri, çərşənbə günündə isə dünya hitlərini səsləndirəcəklər.  Həftənin 4-cü günü onlar səhnə imkanlarını nümayiş  etdirəcəklər.  Cümə günü milli seçim turu iştirakçılarına repertuar seçimində sərbəstlik verilib.  Onlar ilk dörd gün müddətində ən uğurlu hesab etdikləri çıxışı  yenidən göstərməli və ya yeni ifa səsləndirməlidir. Həftənin qalibi cümə günü müəyyənləşdiriləcək.

 

Milli seçim turunun birinci yarımfinal mərhələsi  8  həftə müddətində nəzərdə tutulub. Artıq 4 həftənin qalibləri məlumdur.  Münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən  Vüqar Muradov,  Rəvanə Əliyeva,  Fərəh Hadıyeva  və Leyla Əliyeva növbəti mərhələyə vəsiqə qazanıblar.  

 

 Qeyd edək ki. Azərbaycan mayın 16-da, “Eurovision” Mahnı Müsabiqəsinin 2-ci yarımfinalında, ikinci nömrə altında  çıxış edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034
avatar

Oxşar yazılar