Xatun qardaşı öləndən sonra  İLK DƏFƏ  bunu etdi:  "Borc alım, qızılımı satım"
06 iyul 2021 18:05 (UTC +04:00)

Xatun qardaşı öləndən sonra İLK DƏFƏ bunu etdi: "Borc alım, qızılımı satım"

Müğənni Xatun Əliyeva uzun müddət sonra efirə qayıdıb.

Lent.az xəbər verir ki, qardaşı stilist Balaş Əliyev dünyasını dəyişəndən sonra efirlərə qatılmayan ifaçı "Söhbət var" verilişində qonaq olub. O, dünyasını dəyişən qardaşı barədə damnışıb:

"Sənətə gələndən bu qədər tamaşaçı sevgisi, hörməti görməmişdim. Hərə gəlir yarama bir dərman sürtür. İki övladı var. Maddi öz yerində, o, mənim oğluma da atalıq edirdi. İndi o, öz övladlarına atalıq edə bilmədi. Buna görə də mən çalışmalıyam. Evdə gözüyaşlı ata-anam var.

Allah heç bir valideynə övlad dağı göstərməsin. Həyat yoldaşı onu çox sevirdi. Rayonda Gülnarı görüb, onun arzusu idi şəhərdə yaşamaq. Balaş deyib ki, səni alacam və şəhərə aparacam. Xoşlayırdı insanların arzusunu yerinə yetirsin. 3 yaşı var körpələrin. Onlara mən baxmalıyam. 

Elə ərəfə idi ki, pul qazanmırdım. Amma dostlarım qoymadı ki, gedim borc alım, qızılımı satım. 40 mərasimindən sonra təklif gəldi, bilmirdim özümü necə aparım. Amma düşündüm ki, nə qədər kömək olar? Yas ərəfəsində bazarlıq, nələr... Hamısı çətin işdir. Həmin vaxt da evdə hamı xəstə idi, atamı xəstəxanaya yerləşdirdik. Düşündüm, kimin əlinə baxım? Edə bilməzdim, qürurlu insanam. Məni indi işə dəvət edənlər sağ olsun".

Qeyd edək ki, Xatunun qardaşı stilist Balaş Əliyev fevralın 22-də vəfat edib. O gündən müğənni efirlərə çıxmaqdan imtina edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8802
avatar

Yalçın UĞUR

Oxşar yazılar