Xalq artisti, tarzən Firuz Əliyevin oğlu Əli Əliyev tarzən kimi tanınsa da, gözəl səsi olduğu da üzə çıxıb.
Lent.az-ın xəbərinə görə, Əlinin piano qarşısında oturaraq oxuduğu bir melodiya sosial şəbəkələrdə viral olub.
Hər kəs onun çox gözəl oxuduğunu, səsinin möhtəşəm olduğunu bildirib.
Qeyd edək ki, Əlinin qardaşı kamança ifaçısıdır, onlar tez-tez birlikdə çıxış edirlər.