Xalq artistinin oğlunun toyundan İLK GÖRÜNTÜLƏR
02 fevral 2022 17:02 (UTC +04:00)

Xalq artistinin oğlunun toyundan İLK GÖRÜNTÜLƏR

Bu gün Xalq artisti "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümid Şirinov Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə nikah masasına əyləşəcək.

Lent.az-ın məlumatına görə, məclisdən öncə aparıcı Hacı Nuran N.Şirionovun ailəsində qonaq olub və orada çəkdiyi şəkilləri və videonu sosial şəbəkədəki səhifəsində paylaşıb. 

Xatırladaq ki, N.Şirinov oğlu üçün daha iki gün toy edəcək. O bildirib ki, bu addımı atmasına səbəb, pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.  

Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutmuşdu. Bu il yanvarın 30-da isə onların qız toyu olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4599
avatar

Yalçın UĞUR

Oxşar yazılar