Xalq artistindən qalmaqallı sözlərə reaksiya
05 iyul 2022 15:27 (UTC +04:00)

Xalq artistindən qalmaqallı sözlərə reaksiya

Xalq artistindən qalmaqallı sözlərə reaksiya: "Sənin canın üçün..."

Müğənni Kərim Abbasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə Xalq artisti Alim Qasımov özünəməxsus reaksiya verib. 

Lent.az xəbər verir ki, xanəndə sosial şəbəkədə Kərimin videosuna şərh yazıb. 
"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." - Alim Qasımov şərhdə qeyd edib. 

Qeyd edək ki, Kərim "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi" - sözlərinə görə sosial şəbəkələrdə xeyli tənqid olunmuşdu. 

# 2790
avatar

Nigar Namiq

Oxşar yazılar