Xalq artisti, rejissor Ramiz Əzizbəylinin vəziyyətində irəliləyiş yoxdur.
Bu barədə Lent.az-a Xalq artistinin qızı Xədicə Əzizbəyli bildirib.
Onun sözlərinə görə, atasının vəziyyəti daha da ağırlaşıb: “Atamın vəziyyəti daha da ağırlaşdı. Dilim gəlmir deməyə. Həkimlər dedilər ki, Allahdan ümid kəsilməz, amma yaxşı olmaq ehtimalı çox azdır. Allahdan yaxşı olması üçün dua edirik”.
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun ayaqları barmaq hissədən amputasiya olunub.