“Victoria's Secret”in transgender modeli Valentina Sampaio bu həftənin əvvəlində şouda iştirak etdikdən sonra ünvanına gələn reaksiyalara cavab verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, brendin ilk açıq-aşkar transgender modeli olan 27 yaşlı Sampaio, transgender ulduz Alexa Consani ilə birlikdə podiuma çıxıb.
Lakin bu, Victoria's Secret pərəstişkarlarının xoşuna gəlməyib.
“Bu, gerçəkləşən bir arzu idi, bir çox insan mənə heç vaxt nail ola bilməyəcəyimi söylədi və mən bunu etdim. Mənə bir insan, bir peşəkar kimi göründüyüm, qəbul edildiyimi hiss etmək lazım idi. Bütün tənqidlərə baxmayaraq biz buradayıq. Biz həmişə burada olmuşuq. Və biz həmişə burada olacağıq”, - deyə Valentina bildirib.
O əlavə edib ki, Victoria's Secret-in ilk transgender modeli olmaq onun "həyatı boyu əziz tutacağı" bir şeydir. "Bu gün Victoria's Secret ailəsi dünyaya göstərdi ki, transseksual olmaq müstəsna və gözəldir."
Sampaio Braziliyanın Aquiraz şəhərindəki balıqçı kəndində anadan olub O, özünü "həmişə qız kimi hiss etdiyini" və valideynlərinin onun seçiminə "həmişə dəstək olduğunu və çox fəxr etdiyini" söyləyib.