Əməkdar artist Vahid Əliyev
05 iyul 2021 15:50 (UTC +04:00)

Əməkdar artist Vahid Əliyev

Üzündəki qırışları açdıran 69 yaşlı kişi aktyorumuz: "...cinsimi dəyişməmişəm" - VİDEO

“Sadəcə üzümdə korreksiya etdirmişəm, cinsiymi dəyişməmişəm”.

Bunu Lent.az-a açıqlamasında Əməkdar artist Vahid Əliyev deyib.

69 yaşlı aktyor üzündə etdirdiyi dəyişikliklərdən söz açıb

“Plastik əməliyyat etdirməmişəm. 3-4 il öncə ağzıma protez qoyduranda stomatoloq səhlənkarlıq etmişdi, alt çənəm irəli gəlmişdi. Sadəcə çənəm korreksiya edildi, yerinə salındı. 47 il teatr səhnəsində olduğuma görə, üz mimikalarımda problemlər var idi. Ona görə də həmin  qırışlara kök hüceyrələri köçürdülər. Kök hüceyrə qarın piyindən götürülüb, laboratoriyada onu qan halına çatdırırlar, sonra da bədənin qocalmış hissələrinə vururlar. Sadəcə siqaret çəkdiyimə görə, üzümdə qurulaşma var. Ona görə etdirdim. Bundan sonra cavanlaşmağımın nə mənası? Sadəcə göz ətrafıma və qaşımın arasına iynə vurulub. Sonda onu demək istəyirəm ki, atamın kim olduğunu bilirəm. Mən bilirəm kişilik nə olan şeydi. Kişi həyatda kimdi. Mən bilirəm ki. Azərbaycan oğluyam”.  

Qeyd edək ki, açıqlamaların tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz: 

Əməkdar artist Vahid Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15399
avatar

Yalçın UĞUR

Oxşar yazılar