“Uğur adətən şəxsi həyata zərər verir” - EMİN
13 fevral 2024 18:11 (UTC +04:00)

“Uğur adətən şəxsi həyata zərər verir” - EMİN

Xalq artisti Emin Ağalarov "aif.ru" saytına müsahibəsində maraqlı məqamlara toxunub.

 Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o xoşbəxtliyin pulda olmadığını bildirib.

“Uğur adətən şəxsi həyatınıza zərər verir. Çox pulun, ümumiyyətlə, xoşbəxtliklə heç bir əlaqəsi yoxdur. Ev, maşın, yaxta, təyyarə gündəlik problemləri həll etmək üçün bir vasitədir. Ancaq xoşbəxtliyi satın ala bilməzsən”, - deyə Emin vurğulayıb. 

O, rok-n-roll kralı Elvis Preslinin keçmiş həyat yoldaşı, aktrisa Prissilla Ann Presli ilə tanışlığından danışıb. O, Prissilla ilə prodüser Devid Foster vasitəsi ilə tanış olduğunu və Elvisin malikanəsinə getdiyini deyib:

“Ora gedəndə məyus oldum. Presli mənimkindən kiçik bir evdə yaşayıb. Hətta bir az utandım”,- deyən müğənni bildirib ki, Fosterlə iş birliyi zamanı xeyli miqdarda pul xərcləyib:
"Foster o qədər məşhur, dünya şöhrətli sənətçilərlə işləyib ki, Emin Ağalarovun bir-iki yüz min dolları çətin ki, onu maraqlandırsın. Çox yüksək keyfiyyətli iş gördük, mənim üçün bu, imkanlarımın son həddidir".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7494
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar