Türkiyənin tanınmış qrupunun solisti  İFŞA OLUNDU:   "Bakirəliyini pozaram..."
12 sentyabr 2022 10:58 (UTC +04:00)

Türkiyənin tanınmış qrupunun solisti İFŞA OLUNDU: "Bakirəliyini pozaram..."

Gənclərin çox bəyəndiyi "Yüzyüzeyken konuşuruz" qrupunun solisti Kaan Boşnakla bağlı qalmaqal üzə çıxıb. 

Lent.az xəbər verir ki, Kaanın həyat yoldaşı Başak Ceylan evliliklərinin pis getdiyini və zorakılıqla üzləşdiyini iddia edir. 

"Instagram" hesabında bu haqda paylaşım edən Başak deyir ki, oğlu və özü əri tərəfindən şiddətə məruz qalır:

"Bu zamana qədər ailəm və oğlum zərər görməsin deyə həmişə susdum, açıqlama vermədim. Artıq oğluma, ailəmə və mənə yaşadılan üzücü hadisələri açığa çıxarmaq üçün vəkillərim ilə lazımi prosesləri başladacağıq. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Başqa bir paylaşımında ona gələn dəstəkverici mesaja "mən də bu zamana qədər susdum, amma təəssüf ki, qadınlar belə öldürülür. Hesab edirəm ki, susmamaq lazımdır" sözlərini yazıb. 

Bundan əlavə, Başak Kaanın ona evlilikləri boyunca xəyanət etdiyini sübut etmək üçün ərinin qadınlarla mesajlarını paylaşıb. Bu da sosial şəbəkə istifadəçilərini və müğənninin dinləyicilərini ayağa qaldırıb. 

Paylaşımdan göründüyü kimi yazışmada "uşağımı doğ", "içinə uşaq qoyum", "uşaqlarımı dünyaya gətir", "ağ alt paltarında səni hamilə qoyum", "bakirəliyini pozaram" və s. bu tip mesajlar da var. Hətta, bunu Kaanın etmədiyini düşünən, yazışmaların saxta olduğunu deyənlər də var. 

Qeyd edək ki, müğənni Kaan Boşnak Başak Ceylan ilə 2020-ci ildə evlənib. Onların bir oğlu var. 

# 5250
avatar

Nigar Namiq

Oxşar yazılar