Türkiyənin ən zəngin müğənni   xanımları
12 oktyabr 2024 14:26 (UTC +04:00)

Türkiyənin ən zəngin müğənni xanımları

Türkiyənin ən zəngin məşhur qadın sənətçiləri arasında ilk 10-luqda kimlər var? 

Lent.az Türkiyənin ən varlı müğənni xanımları haqqında məlumatı təqdim edir.

Siyahıda birinci olan Seda Sayan uzun illərdir astronomik maaşla televiziya proqramları təqdim edir. Qazancını daşınmaz əmlaka yatıran Seda Sayan bir müddət əvvəl Etilerdə uzun illər Şamdan kimi tanınan ərazini alıb.

Seda Sayanın İstanbulun Zincirlikuyu və Etiler səmtlərindəki məşhur iqamətgahlarda mənzilləri, ABŞ-ın Mayami şəhərində evi var.

2-ci yerdə Sibel Candır. 13 yaşından səhnədədir. O, karyerasına oriyental rəqqasə kimi başlayan və səhnəyə baş solist kimi çıxmağı bacaran biridir. Fasiləsiz səhnəyə çıxan və astronomik maaş alan Sibel Can serial və verilişlər də hazırlayıb.

O, həm də daşınmaz əmlakları ilə tanınan bir məşhurdur. Beykozda çox dəbdəbəli bir ərazidə malikanədə yaşayan Sibel Canın Nakkaştəpədə Boğaza mənzərəli villası, nəqliyyat vasitələri, Amerikada evləri, uşaqlarının yaşadığı evlər, investisiya məqsədi ilə aldığı daşınmaz əmlak var. Sibel Can Amerikada Mayamidə ev alan ilk məşhur şəxsdir.

Türkiyədə sahildəki malikanədə yaşayan cəmi 3 məşhur ad var: Sezen Aksu, Ebru Gündeş Gülşen Bubikoğlu. Gündeş və Bubikoğlunun malikanələri həyat yoldaşlarından, Sezen Aksunun malikanəsi isə tamamilə öz qazancındandır.

Həyatımıza toxunan yüzlərlə mahnının yaradıcısı və ifaçısı Sezen Aksu səhnəsindən və mahnılarından əldə etdiyi gəliri daşınmaz əmlaka yatıran, ağıllı sərmayələr edən məşhurlardandır. Səs yazma studiyası, nəqliyyat vasitələri, daşınmaz əmlakı və malikanəsi ilə Sezen Aksu siyahıda 3-cü yerdədir.

Emel Sayın haqqında çoxlarının bilmədiyi həqiqətlər. Onun Marmarisdə oteli var.

İstanbulun meşəlik bölgəsi olan Demirciköydə malikanədə yaşayan Emel Sayın qazancını daşınmaz əmlaka və ticarətə yatırdığı üçün xeyli sərvətə sahibdir.

Siyahıda çoxlarını təəccübləndirəcək şəxs Aşkın Nur Yengi olsa da, usta şərhçi səhnədən qazandıqlarını daşınmaz əmlaka yatırır, üstəlik, xəsisliyi ilə məşhurdur. Aşkın Nur Yengi bu yaxınlarda İstanbulun Beykoz rayonunda ticarət pasajını satın alıb.

Nilüfər qənaətcil xasiyyəti ilə həm də daşınmaz əmlak zənginləri sırasındadır...

Ebru Gündeş illərdir ən bahalı məkanlarda çıxış edən və astronomik qiymətlərlə səhnəyə çıxan bir addır.İstanbulda malikanədə yaşayan Gündeşin milyonlarla sərmayəsi, maldarlıq obyekti, nağd pulu və çoxlu yaxşı daşınmaz əmlakı var.

Böyük konsertlər, xüsusi gecələr, televiziya şouları və reklam gəlirləri ilə Hadisə xeyli sərvət sahibidir və bu siyahıda ilk onluqda yer almağa ən çox layiq olan adlardan biridir. Hadisə qazancının böyük bir hissəsini daşınmaz əmlaka yatırır və xaricə də sərmayə qoyur.

Hülya Avşarın səhnə, kino, reklam və televiziya proqramlarından qazandığı sərvət illər keçdikcə daşınmaz əmlaka çevrildi. İlk dəfə anası və qardaşları üçün böyük sərmayələr edən Hülya Avşar həyatını daşınmaz əmlakla təmin edib.

İngiltərədə evi, yaşadığı yay və qış villaları olan Hülya Avşar da investisiya olaraq aldığı torpaq, torpaq sahəsi və daşınmaz əmlakla Türkiyənin ən zəngin müğənniləri siyahısında ilk 10-luqdadır.

Demet Akalın bütün qazancını daşınmaz əmlaka yatırır.
Birja və ticarətdən  heç nə anlamadığını ifadə edərək,

"Əgər ticarət etsəydim iflas edərdim, birjanın heç bir mənası yoxdur, buna görə də bütün qazancımı daşınmaz əmlaka yatırıram", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar