Türkiyəli model Tülin Şahin Kopenhagen Moda Həftəsində holland dizayneri Tess van Zalinge-nin baş modeli olaraq podiuma çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Şahinin danimarkalı gənc pərəstişkarları da moda nümayişinə gələrək onunla xeyli fotolar çəkdirib və öz hesablarında paylaşıblar.
Məşhur modeli ailəsi və dostları da onu tək qoymayıb. Şahini Danimarkanın ən sevimli siyasətçisi, ətraf mühit naziri İda Auken də izləyib. Nazir Auken dəfilədən sonra Şahini təbrik edib.