Türkan Şorayın keçmiş ərinin qızı xərçəng oldu – SAÇSIZ FOTOLAR
10 oktyabr 2025 12:59 (UTC +04:00)

Türkan Şorayın keçmiş ərinin qızı xərçəng oldu – SAÇSIZ FOTOLAR

0

Türkan Şorayın keçmiş əri, teatr aktyoru Cihan Ünalın 48 yaşlı qızı Irmak Ünal, 10 aydır döş xərçəngi ilə mübarizə apardığını açıqlayıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Irmak bu barədə açıqlama verib.

O deyib ki, erkən diaqnoz həyat xilas edir.

Qeyd edək ki, İrmak Cihan Ünalın Sabiş Kuzuoğlundan olan qızıdır. Irmak Ünalın özü də aktrisadır. 2017-ci ildə iş adamı Emre Karabacakdan ayrılıb. 2021-ci ilin sentyabr ayında aktyorluq karyerasını bitirib, iki övladı ilə birlikdə İndoneziyanın Bali adasına köçmüb. 

Irmak Ünal deyib ki, süd vəzi xərçəngi olub: “Erkən diaqnoz həqiqətən həyat xilas edir. Mənə həm elmin, həm də qəlbin işığı ilə yol göstərən inanılmaz bir həkim komandası ilə əhatə olunduğum üçün özümü çox şanslı hiss edirəm. Amma dürüst olum... Mənim ruhani tərəfim bəzən elm ilə toqquşur. Həkimlərim daha əvvəl heç eşitmədikləri suallarla qarşılaşmalı oldular. Buna baxmayaraq, mənə səbir, yumor və sonsuz motivasiya ilə yanaşdılar — və hələ də yanaşırlar. Bu, mənim üçün tibbin ən saf halıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar