Azərbaycanda böyük maraqla izlənilən "Kuruluş Osman" serialının çəkiliş meydançasında yaşanmış maraqlı anlar sosial şəbəkələrdə paylaşılıb.
Lent.az-ın xəbərinə görə, çəkiliş zamanı fasilə verən aktyorlar Gədəbəyə salam göndəriblər.
"Kuruluş Osman" serialının döyüşçülərindən Gədəbəyin Qızılca kəndinə salam olsun",- aktyorlar paylaşımda bildiriblər. Video uzun müddət öncə çəkilsə də, indi trend olub.
Onların bu videosu sosial şəbəkədə geniş yayılıb. Aktyorların niyə məhz Gədəbəyi yad etmələri barədə məlumat verilməyib.