Xalq artisti Tünzalə Ağayeva 20 il əvvəlki fotosunu paylaşıb.
Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, şəkildə olan imici prodüseri və modelyeri onun üçün yaradıb:
"Budur - başı çalmalı, yaylıqlı Tünzalənin 20 il öncə çıxan ilk albomu. İndi bütün rəqəmsal platformalarda. İlk imicimin müəllifləri modelyer Zümrüd Mirzəliyeva və prodüserim Yalçın Cabbarovun yaxından iştirakı oldu. Nəticədə Tünzalə obrazı yaddaşlara həkk olundu, gənc qızlar arasında yaylıq tendensiyasını yaratdı".