Tuba Büyüküstündən Hakan Sabancını  soruşdular - ÜZÜ QIZARDI
21 oktyabr 2025 12:57 (UTC +04:00)

Tuba Büyüküstündən Hakan Sabancını soruşdular - ÜZÜ QIZARDI

0

Tuba Büyüküstün qatıldığı qalada jurnalistlərin Hakan Sabancı ilə bağlı sualına verdiyi reaksiyası ilə gündəm olub.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, son illər həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez mediada yer alan aktrisa, qalada obyektivlərin diqqət mərkəzində idi. “Ihlamurlar Altında”, “Kara Para Aşk”, “Asi” və “Zeytin Ağacı” kimi layihələrlə tanınan Büyüküstün, bir müddətdir əkiz qızları ilə Parisdə yaşayır.

Aktrisanın son vaxtlar Hande Erçelin keçmiş sevgilisi Hakan Sabancı ilə adı hallanırdı. Sabancının aktrisanın fotosunu bəyənib qısa müddət sonra silməsi sosial mediada geniş müzakirə olunub.

Galada bu mövzu xatırladılınca, Tuba Büyüküstün belə reaksiya verib: “Bir söz deyə bilərəmmi? Mən bu suallardan doğrudan da utanıram. Başqa zaman danışarıq, zəhmət olmasa burada duruma baxın”.

Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə yenidən müzakirələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar