Toylara icazə verildi, müğənnilərin  REAKSİYASI GECİKMƏDİ  - "Ölümdən döndüm"
22 iyun 2021 13:57 (UTC +04:00)

Toylara icazə verildi, müğənnilərin REAKSİYASI GECİKMƏDİ - "Ölümdən döndüm"


2021-ci il 1 iyul tarixindən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Lent.az xəbər verir ki, bu məclislər isə müəyyən şərtlər daxilində keçirilməlidir. Məsələn COVİD – 19 pasportu olmayanlar bu məclislərə buraxılmayacaq. 

Lent.az yeni qərarla bağlı şou-biznesin bir neçə məşhurundan münasibət öyrənib: 

Müğənni Afət Fərmanqızı: “Hələ məndə immunitet pasportum var. Yəni koronavirusa yoluxandan 6 aya qədər qüvvədədir. Bu yaxında, iyulun 1-də bu müddət bitəcək. Ondan sonra peyvənd etdirməli, COVİD – 19 pasportu almalıyam. Toyların açılması da sevindirici haldır, gözəl xəbərdir”. 

Hazırda Moskvada olan müğənni Nadir Qafarzadə: “Hələ mənim COVİD – 19 pasportum yoxdur. Çünki mən virusu keçirtmişəm. Mənə elə gəlir ki, peyvənd olunma ehtimalım yoxdur. Mən indi Moskvadayam. Burda da işlərimiz var, Bakıda da. Ona görə də işlərimiz düyün düşüb. Açıq deyim, aləm dəyib bir-birinə. Bilmirəm necə olacaq. Musiqiçilərimin yarısı burda, yarısı orda. Musiqiçi tapmaq çətinləşib. O ansamblı yenidən yığmaq asan deyil. Texniki işlər də işimizi çətinə salıb. Görək də... Yəqin bu vəziyyətdən də çıxarıq. Onsuz da bir aydan sonra məhərrəm ayı girir”. 

Hazırda Moskvada olan müğənni Damla: “İnşallah qısa zamanda Bakıya gəlməyi düşünürəm. Amma hələ ki, burda məclislərimiz var. Onları oxuyum, sonra Bakıya gələcəm. İnşallah qayıdan kimi ilk işimiz peyvənd olunmaq olacaq. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Azərbaycanda anamın, övladımın yanında olacam. İnsanın öz evindən gözəl nə ola bilər ki?”

Müğənni Sevda Kazımova: “Səhər açılandan mənə sosial şəbəkədə toyla bağlı olan xəbərləri atırlar. Vallah toy tamam yadımdan çıxmışdı. Toylar haqqında düşünmürdüm. Çünki o qədər gözləmədiyimiz hadisələr yaşadıq ki... Çox şükür olsun ki, nişanlı oğlanlarımız, qızlarımız bir-birinə qovuşacaq. Bütün subaylara bu gün qismət olsun. COVİD – 19 tesi olmadan toylara buraxılmamaq söhbəti heç ürək açan olmadı. Çünki birinin pasportu yoxdursa, könlü açılmayacaq. Mən karonavirusun ağırını keçirtmişəm. Ölümdən dönmüşəm. Sentyabra qədər pasportdan azadam. Allah bu bəladan hər kəsi uzaq eləsin. Birdə bu bəlaya düşməyək”. 

Müğənni Zahidə Günəş: “Bu qərara çox sevindim. Allah bütün xalqımıza yalnız xoş günlər qismət eləsin. Milyonlarla insanlar bu xəbəri gözləyirdi. Toysuzluq mənə çox çətin idi. Çünki müğənni olaraq qazanc yerim toylar idi. Mən bir çox müğənnilər kimi Bakıdan kənarda keçirilən toylarda iştirak etmədim. Yalnız Bakıda oldum. COVİD-19 pasportu üçün müraciət etmişəm, ilk peyvənd olub, ikinci peyvəndi də etdiəcəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11544
avatar

Yalçın UĞUR

Oxşar yazılar