“Toydan sonra  sirkə ilə yuyunduq”  - Burcu Esmersoy
22 aprel 2024 19:57 (UTC +04:00)

“Toydan sonra sirkə ilə yuyunduq” - Burcu Esmersoy

Burcu Esmersoy həyat yoldaşı Nazım Akmandillə toydan sonra alma sirkəsi ilə yuyunmalarından danışıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, reklam siması olduğu bir eynək markasının gecəsinə qatılan aparıcı Burcu Esmersoy jurnalistlərlə söhbət edib.

Ötən il İtaliyanın Puglia şəhərində iş adamı Nazım Akmandillə ailə quran Esmersoy evliliyi ilə bağlı sualları cavablandırıb.

Aparıcı toydan sonra onlara göz dəydiyini, ağırlıq hiss etdiklərini  bildirib:

"Evliliyimiz çox yaxşı gedir. Hər şey qaydasındadır. Toydan sonra üzərimizə bir ağırlıq gəldi. Nazimə dedim ki, alma sirkəsi ilə yuyunsaq, özümüzə gələrik. Biz alma sirkəsinin faydasını gördük”.

# 3930
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar