Tom Kruz  rusiyalı keçmiş deputatın   qızı ilə sevgilidir
18 dekabr 2023 13:53 (UTC +04:00)

Tom Kruz rusiyalı keçmiş deputatın qızı ilə sevgilidir

Hollivud aktyoru  61 yaşlı Tom Kruz 36 yaşlı Elsina Xayrova ilə münasibətə başlayıb. 

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, cütlük bir neçə dəfə ictimaiyyət qarşısına çıxıb və bu yaxınlarda aktyor qızı romantik görüşə aparıb.

Elsina Xayrova Tatarıstanı təmsil edən keçmiş deputat Timur Xayrovun qızıdır. O bir dəfə ərdə olub. Elsinanın keçmiş əri oliqarx Dmitri Setkovdur.

Bildirilir ki, Tom Kruz Elsinanı özünə cəlb etmək üçün əlindən gələni edib. Keçən həftə o, sevgilisi ilə nahar etmək üçün elit restoranlardan birinin bütün mərtəbəsini icarəyə götürüb.

O da qeyd olunur ki, Kruiz omar və suşidən ibarət şam yeməyinə 500 funt xərcləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5693

Oxşar yazılar