Müğənni Təranə Qumral dördüncü dəfə ana olması xəbərini təsdiqləyib.
Lent.az-ın xəbərinə görə, o “Rəngarəng səhər” verilişinə yeni doğulmuş körpəsi ilə qonaq gəlib.
O, üzünü gizlədərək Can adı verdiyi oğlunu efirə çıxarıb.
“Çoxları elə düşünür ki, bu, mənim qızım Fidanın yeni doğulan övladıdır. Amma belə deyil. Bu, mənim öz oğlumdur. Bəli, mən dördüncü dəfə ana olmuşam”.
Qeyd edək ki, Təranə Qumralın ilk evliliyindən Qumral və Fidan adlı iki qızı, ikinci əri, həmkarı Musa Musayevdən isə Sevgim adlı bir qızı var.