Televiziya ulduzu milyonlarla dollar oğurlamaqda  ittiham olunur
13 aprel 2024 16:24 (UTC +04:00)

Televiziya ulduzu milyonlarla dollar oğurlamaqda ittiham olunur

Amerikanın “60 Days In” televiziya şousunun ulduzu Şerif Ceymi Noel milyonlarla dollar oğurlamaqda, həmçinin yüz minlərlə dolları məzuniyyət və plastik əməliyyatlara sərf etməkdə günahlandırılıb. 

Lent.az-ın “The Independent” nəşrinə istinadən xəbərinə görə, Noel arvadı və qızı ilə birlikdə vergi ödəyicisinin beş milyon dollarını mənimsəyib. Onlar bu məbləğin 300 min dollarından çoxunu səyahətə, 200 min dollarını qızlarının kollec təhsilinə, 25 min dollarını isə təyyarə almağa xərcləyiblər. Onların plastik əməliyyatlara, kosmetik məhsullara və geyimlərə də pul xərclədikləri qeyd edilir.

Bundan əlavə, teleulduzun dövlətin pulu ilə 100-dən çox dəbdəbəli avtomobil aldığı və şəxsi maraqları üçün satdığı iddia edilir. Şerif ailəsi ittihamı rədd edib.

Onların işi 2024-cü ilin sonunda məhkəməyə gedəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3891
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar